Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti 1 dollardan çox bahalaşıb. Eqazet.online xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,19 ABŞ dolları və ya 1,6 % artaraq 75,23 ABŞ dollarına çatıb. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 74,04 ABŞ dolları təşkil edib.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və ABŞ-nin “Coursera” şirkətinin birgə əməkdaşlığı ilə “Milli Proqram”a start verilib. Bu barədə “Eqazet.online”a İqtisadiyyat Nazirliyinə istinadən bildirilib ki, SOCAR, “PASHA Holding”, bp və JOCAP şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilən proqram çərçivəsində […]

Eqazet.online xəbər verir ki,ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FBI), Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) və Maliyyə Nazirliyi Citibank-a bəzi maliyyə vəsaitlərini dondurmaq göstərişi verib. Bu addım, keçmiş prezident Donald Tramp administrasiyasının iqlim layihələrinə ayrılmış vəsaitləri geri qaytarmaq cəhdləri ilə əlaqələndirilir. Mənbələrin bildirdiyinə görə, Tramp tərəfdarları administrasiya dövründə təsdiqlənmiş bəzi iqlim proqramlarının […]

2025-ci il 1 yanvar tarixinə dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1295,6 milyon manat məbləğində xərclər nəzərdə tutulub. 2024-cü il ərzində qeyd olunan xərclərdən daxili dövlət borcu üzrə 170,3 milyon manatın (faiz borcu üzrə), xarici dövlət borcu üzrə isə 1125,2 milyon manatın (əsas borc üzrə 850,0 milyon manat, […]

Eqazet.online theguardian-a istinadən xəbər verir ki, Birləşmiş Krallıqın müxalifət partiyasının lideri Keir Starmer, Böyük Britaniyanın Ukraynaya “bu dəhşətli müharibədən sonra” 100 illik bir sazişlə davamlı dəstək verməyi nəzərdə tutduğunu açıqlayıb. Starmer, Ukraynanın müharibə sonrası bərpa prosesinə kömək etmək və onun təhlükəsizliyini təmin etmək üçün uzunmüddətli və strateji dəstək təmin edəcəklərini […]

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında  Anlaşma Memorandumu” imzalanıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov və Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya arasında görüş keçirilib.  Tərəflər ikitərəfli iqtisadi əlaqələrin inkişafının önəmini vurğulayaraq, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi […]

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Səudiyyə Ərəbistanı Krallığına səfər çərçivəsində İslam İnkişaf Bankının prezidenti Məhəmməd Süleyman Əl-Casir və Türkiyənin xəzinə və maliyyə nazirinin müavini Osman Çeliklə görüşüb, Bankın “Müdirlərin görüşü”ndə iştirak edib. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Səudiyyə Ərəbistanı Krallığına səfər çərçivəsində bir sıra görüşlər keçirib. İslam İnkişaf Bankı (İİB) […]

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2024-cü ilin I yarısını 1,545 milyard manat xalis mənfəətlə başa vurub. Bu barədə “EQazet.online” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2024-cü il üzrə yarımillik hesabatına istinadən xəbər verir. Sənədə əsasən, bu, 2023-cü ilin eyni dövrünə nisbətən 9,3 % çoxdur. Yanvar-iyun aylarında SOCAR-ın satışdan (əsas əməliyyat) gəlirləri 45,054 milyard manat (illik müqayisədə 6,8 % çox), satışının maya […]

Sənədsiz evlər probleminin həlli ilə bağlı yeni təkliflər var. Hazırda bu istiqamətdə müvafiq qanun layihəsinin hazırlanması prosesi gedir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun sözlərinə görə, pandemiya səbəbindən qeyri-qanuni tikililərin inventarlaşdırılması prosesi tam başa çatdırıla bilməyib: “İşçi qrupları qeyri-qanuni tikililərin qanuni çərçivəyə gətirilməsi ilə bağlı […]

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, minimum pensiya məbləği gələn aydan 280 manatdan 320 manata çatdırılacaq. Bu o deməkdir ki, minimum pensiya alanlar artıq gələn aydan artırılmış məbləği alacaqlar. Bu artımlar məhz fevral ayında pensiyaçılara ödəniləcək. Eqazet.online xəbər verir ki, Azərbaycanda bundan əlavə gələn ay pensiyaların yenidən artırılması nəzərdə […]