Rusiya Ukraynanın Krivoy Roq şəhərində qərbli zabitlərin də toplaşdığı restorana ballistik raket zərbəsi endirməsi nəticəsində çoxsaylı ölən və yaralı var.
Eqazet.online xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın Krivoy Riq şəhərindəki restorana toplaşan ukraynalı komandirlər və qərbli təlimatçılara yüksək dəqiqliklə raket zərbəsi endirdiyini açıqlayıb.
Rusiya Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, hücum nəticəsində 85-ə qədər əcnəbi hərbçi və zabitini, o cümlədən 20-yə qədər texnikasını itirib.
Ukrayna tərəfinin verdiyi açıqlamaya görə, 60-dan çox insan yaralanıb, 18 nəfər ölüb. Yaralılar içərisində xeyli sayda uşaqlar da var.