Keçmiş sovet ölkəsində Rusiyanın hücumuna hazırlıq: Sərhəddə bunkerlər tikilir

Estoniya bu il Rusiyadan hücum ehtimalına qarşı sərhəddə bunker istehkamlarının tikintisinə başlamağı planlaşdırır.

Eqazet.online Teleqraf-a istinadən xəbər verir ki, bu barədə ERR məlumat yayıb.

Ölkənin şimal-şərqində 14 bunkerdən ibarət ilk istehkamın payıza qədər hazır olması, cənub-şərq sərhədində də 4 bunkerin tikilməsi planlaşdırılır. Ümumilikdə müdafiə zənciri şərq sərhədində təxminən 600 bunkeri əhatə edəcək. Bunkerlər təkcə ictimai yerlərdə yox, həm də şəxsi torpaqlarda tikiləcək.

Estoniya mediası müdafiə bunkerlərinin ağır bombalar və PUA-lara qarşı davamlı olacağını bildirir. Bu məqsədlə hazır olduqdan sonra onların sınaqdan keçiriləcəyi qeyd edilir.

“Bunkerlər hazırlanarkən Ukraynada qazanılmış təcrübəni nəzərə alırıq, burada dronlara qarşı xüsusi tor və vasitələrdən istifadə olunur ki, pilotsuz təyyarə birbaşa bunkerə daxil ola bilməsin”, – Estoniya ordusu diviziyasının qərargahının mühəndislik şöbəsinin rəisi Aynar Afanasyev deyib.

Həmçinin tank əleyhinə maneələrin quraşdırılması və atəş mövqelərinin təchiz edilməsi planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bakı-Quba yolunda 39 tonluq yanacaqdaşıyan avtomobil aşıb, partlayış təhlükəsi yaranıb - VİDEO

Ca Apr 3 , 2025
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Quba avtomobil yolunun Siyəzən rayonundan keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Bu barədə Eqazet.online-a FHN-dən məlumat verilib. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı qoşqusunda 39 ton yanacağı […]

Bəyənə bilərsən