Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti martın 31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Bu barədə “Eqazet.online”a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Laçın, Şuşa, Xankəndi, Ağdərə, Ağdaş, Ağdam, Xocavənd, Göygöl, Neftçala, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Lənkəran, Astara, Masallı, Hacıqabul, Füzuli, Gəncə, Samux, Goranboy, Daşkəsən, Naftalan, Zərdab, Beyləqan, Ağcabədi, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Şamaxı, Qobustan, Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar, Şəki, Qax və Zaqatalada cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Zəngilan, Kəlbəcər, Qubadlı və Cəbrayılda da cənub-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Apreldə BU BÜRCLƏRİN həyatı dəyişəcək

Bz Mar 30 , 2025
Astroloji proqnozlara əsasən, aprel bəzi bürclər üçün xüsusi enerji və müsbət dəyişikliklərlə dolu olacaq. Eqazet.online Musavat.com-a istinadən xəbər verir ki, bu ayda ulduzların düzülüşü müəyyən bürclərin karyera, sevgi və maliyyə sahələrində uğur qazanmasına şərait yaradacaq. Xüsusilə, planetlərin təsiri altında bəzi bürclər üçün yeni imkanlar və irəliləyişlər qaçılmaz olacaq. Aprel ayının ən […]

Bəyənə bilərsən