Vatsap yazışmaları polis tərəfindən izlənilir? – AÇIQLAMA

Eqazet.online xəbər verir ki, sosial şəbəkələrin Azərbaycan seqmentində paylaşılan fotoda yazışmaların polis tərəfindən izlənildiyi qeyd edilir:

“Bu söhbət mediası və mesajları Azərbaycan DİN tələbi ilə məhkəmə prosesi məqsədilə qeyd altına alnımışdır”.

Vatsapda hər zaman yazışmaların qorunduğu və üçüncü tərəflə paylaşılmadığı barədə bildiriş olur.
Sosial şəbəkələrdə yayılan foto da təhlükəsizliklə bağlı bildirişin məzmunu ilə bir qədər oxşarlıq təşkil etdiyindən insanlar arasında narahatlıq doğurub.

Texnobloger Fərid Pərdəəşünas isə məsələyə aydınlıq gətirib.

“Dünəndən etibarən “WhatsApp”da insanları təşvişə salan bu formalı məlumatlar çatlarda peyda olur. Qeyd etmək istəyirəm ki, məlumat təmamilə saxtadır. “WhatsApp” yazışmaları iki tərəfli şifrələmə ilə ucdan-uca qorunur və DİN-in bu məlumatlara girişi yoxdur”, – deyə o əlavə edib./ölkə.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

"Melissa Group"un rəhbəri həbs olundu

Şb Mar 29 , 2025
Yasamalda yaşayış olan evi sökən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Eqazet.online xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə istintaq orqanının təqdimatına baxılıb.  Məhkəmə təqdimatı təmin edib. Qərara əsasən, Qalib Məmmədov barəsində 1 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Xatırladaq ki, martın 27-də […]

Bəyənə bilərsən