Azərbaycan cüdoçusu Avropa Kubokunda qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda qızıl medal qazanıb.

“Eqazet.online” xəbər verir ki, 52 kq çəki dərəcəsində tatamiyə çıxan idmançı müvafiq olaraq 1/16 finalda İsveçrə, 1/8 finalda Bosniya-Herseqovina, 1/4 finalda Kanada və yarımfinalda İsveçdən olan rəqiblərini üstələyərək adını finala yazdırıb.

Həlledici görüşdə Moldova cüdoçusu Aleksendra Çironu məğlub edən Aysun Məmmədova millimizin aktivinə ilk medalı yazdırıb. 

Qeyd edək ki, Azərbaycan yarışda 5 çəki dərəcəsində 14 qız idmançı ilə təmsil olunur. Avropa Kubokunda 37 ölkədən 813 idmançı iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq

Şb Mar 15 , 2025
Zəngəzur dəhlizinin Türkiyədən keçən 224 kilometrlik hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlayacaq. “Eqazet.online” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İstanbul Texniki Universitetində çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan da Zəngəzur dəhlizi ilə bağlı işləri davam etdirir. Nazir, həmçinin Orta dəhliz barədə danışıb: […]

Bəyənə bilərsən