Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının son günündə qızıl medal qazanıb.

“Eqazet.online” xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda rusiyalı Danil Qriqoryevə (UWW) 3:2 hesabıyla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, ötən gün yunan-Roma güləşçilərimiz qitə birinciliyində 1 gümüş və 2 bürünc medal əldə etmişdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Britaniyanın dövlət naziri: Azərbaycan - Ermənistan sülh danışıqlarının başa çatması tarixi məqamdır

C Mar 14 , 2025
Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqların başa çatması on illərlə davam edən münaqişəyə son qoyacaq tarixi məqamdır. “Eqazet.online” xəbər verir ki, bunu Böyük Britaniyanın Avropa və Şimali Amerika məsələləri üzrə dövlət naziri Stiven Dauti “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Bəyənə bilərsən