“Liverpul” 113 ildən sonra ilk dəfə start heyətində ingilis futbolçu olmadan meydana çıxıb

“Liverpul” 1912-ci ildən bəri ilk dəfə start heyətində bir nəfər də olsun ingilis futbolçu olmadan meydana çıxıb.

“Eqazet.online” xəbər verir ki, bu, İngiltərə Premyer Liqasında “Everton”la XV turdan təxirə salınmış matçda baş verib.

113 il əvvəl belə hal “Liverpul”un “Arsenal”a qarşı matçında yaşanmışdı. Həmin vaxt komandanın əsas heyətində yalnız şotlandiyalı futbolçular yer almışdı.

“Everton”la görüşdə “qırmızılar”ın start heyətində 9 ölkədən futbolçular yer alıb.

Niderland: Van Deyk, Qakpo, Qravenberx

Fransa: Konate

Macarıstan: Soboslai

Şotlandiya: Robertson

Şimali İrlandiya: Bredli

Misir: Salah

Braziliya: Alisson

Argentina: Makallister

Kolumbiya: Dias

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

OpenAI, o3 süni intellekt modelini ləğv edərək vahid GPT-5 buraxılışına yönəlir

Ca Fev 13 , 2025
Eqazet.online xəbər verir ki, OpenAI, məhsul təkliflərini sadələşdirmək məqsədilə, əvvəlcə ayrıca təqdim etməyi planlaşdırdığı “o3” süni intellekt modelini müstəqil məhsul kimi buraxmaqdan imtina edib. Bunun əvəzinə, “o3” modelini və digər texnologiyaları birləşdirən daha geniş və hərtərəfli bir sistem olan GPT-5 modelini təqdim etməyi planlaşdırır. Bu addım, istifadəçi təcrübəsini yaxşılaşdırmaq və […]

Bəyənə bilərsən