Aİ Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaları alqışlayır

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların başa çatması və dövlətlərarası münasibətlərin qurulması barədə əldə edilmiş razılaşmaları alqışlayır.

“Eqazet.online” xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın adından verilən bəyanatda deyilir.

“Biz son bir neçə il ərzində tərəflərin bu istiqamətdə həm ikitərəfli səviyyədə, həm də beynəlxalq ictimaiyyətin iştirakı ilə apardıqları inadlı işi yüksək qiymətləndiririk”, – Avropa diplomatiyasının başçısının bəyanatında bildirilib.

Qeyd olunub ki, hazırkı razılaşma regionda dayanıqlı sülh və təhlükəsizliyin qurulması istiqamətində həlledici addımdır. Bəyanata əsasən, bu impulsu qorumaq, hər iki tərəfdən eyni perspektivli və kompromisə yönəlmiş yanaşma ilə bu prosesin uğurla başa çatdırılmasını təmin etmək son dərəcə vacibdir.

“Aİ Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini tam dəstəkləyir və tərəflər belə bir xahişlə müraciət edərsə, bu cür məsələlərdə əlavə dəstək və təcrübə təqdim etməyə hazırdır”, – sənəddə qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bu işlər üçün 50 milyon manat ayrılacaq - Baş nazir 

C Mar 14 , 2025
Qarşıdakı dönəmdə Hökumətin əsas vəzifələrindən biri sosial və iqtisadi inkişafın paralel həyata keçirilməsidir. Eqazet.online Ölkə.Az-a istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentdə çıxışı zamanı deyib.“Cənab Prezident İlham Əlyevin və Birinci vitse-prezident Mehriban xanın Əliyevanın daim diqqət və qayğısı ilə ötən il 800 mənzil şəhid ailələri, müharibə əlillərinə […]

Bəyənə bilərsən