Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sabah Şirvan və İmişlinin də bəzi ərazilərində qaz olmayacaq.

Eqazet.online xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, “Ələt-Astara” dəmir yolu xəttinin “Ələt-Osmanlı” hissəsinin yenidən qurulması məqsədilə podratçı təşkilat tərəfindən yeni quraşdırılmış futlyar daxilindən keçən, diametri 159 mm-lik yeraltı dəmiryolu keçid xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar olaraq, 14.03.2025-ci il saat 10:00-dan etibarən işlər başa çatanadək Şirvan şəhəri Neftçilər, Mehmandarov və Ə.Bayramov küçələrində (ümumi 400 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Həmçinin İmişli rayonu Oruclu və Ağaməmmədli kəndlərində abonentlərin qaz xəttinə qoşulması və açılması, eyni zamanda qaz xətlərinə texniki baxış işləri apararkən aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması məqsədilə əlaqədar olaraq, 14.03.2025-ci il saat 09:30-dan etibarən işlər başa çatanadək qeyd olunan kəndlərdə (ümumi 529 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Maliyyə nazirinə yeni vəzifələr verildi - SƏRƏNCAM

C Mar 14 , 2025
Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın və Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibləri dəyişdirilib. Eqazet.online President.az -a istinadən xəbər […]

Bəyənə bilərsən