Bakı-Quba yolunda 39 tonluq yanacaqdaşıyan avtomobil aşıb, partlayış təhlükəsi yaranıb – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Quba avtomobil yolunun Siyəzən rayonundan keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Eqazet.online-a FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı qoşqusunda 39 ton yanacağı olan “DAF” markalı yanacaqdaşıyan avtomobilin idarəetməni itirərək aşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və yanacağın ətrafa dağılması ilə yanğın-partlayış təhlükəsinin yarandığı müəyyən olunub.

Hazırda yanğınsöndürənlər tərəfindən mümkün yanğın-partlayış təhlükəsinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

SOCAR-ın yeni bölməsi qaz infrastrukturunun idarə edilməsini həyata keçirəcək

Ca Apr 3 , 2025
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni bölməsi olan “SOCAR Midstream Gas Operations LLC” (SMGO) SOCAR-ın Azərbaycandakı və xaricdəki qaz anbarları və qaz kəmərləri də daxil olmaqla bütün qaz nəqli infrastrukturunun idarə edilməsi, nəzarəti və istismarına cavabdeh olacaq. Bu barədə “Eqazet.online” SMGO-nun məlumatına istinadən xəbər verir. “SMGO SOCAR-ın yeni yaradılmış və qaz nəqli […]

Bəyənə bilərsən