Maliyyə nazirinə yeni vəzifələr verildi – SƏRƏNCAM

Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın və Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibləri dəyişdirilib.

Eqazet.online President.az -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, adıçəkilən komissiyaların Azərbaycan tərəfindən sədri maliyyə naziri təyin edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini isə komissiyaların üzvləri siyahısına daxil edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Avropa İttifaqında Huawei ilə əlaqəli rüşvət araşdırması – Bir neçə nəfər həbs olundu

C Mar 14 , 2025
Eqazet.online xarici KİV-ə istinadən xəbər verir ki, Avropa İttifaqında Huawei ilə bağlı aparılan rüşvət araşdırması çərçivəsində bir neçə nəfər həbs edilib. Avropa Prokurorluğu və hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyatın əsas məqsədi korrupsiya və qeyri-qanuni lobbiçilik halları ilə bağlı sübutlar toplamaqdır. İlkin məlumatlara görə, saxlanılan şəxslər Huawei şirkətinin maraqlarını müdafiə […]

Bəyənə bilərsən