Türkiyənin XİN başçısı, müdafiə naziri və MİT sədri suriyalı həmkarları ilə görüşüblər – YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler və Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalın Dəməşqdə keçid dövründə Suriya Prezidenti Əhməd Əş-Şaranın rəhbərliyi ilə bu ölkədən olan həmkarları ilə görüşüblər.

“Eqazet.online” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.

Qeyd olunub ki, görüşdə Əhməd Əş-Şaraa ilə yanaşı Suriyanın xarici işlər naziri Esad Hasan Şeybani, müdafiə naziri Murhef Ebu Kasra və Kəşfiyyat İdarəsinin rəhbəri Enes Hattab iştirak ediblər.

Tərəflərin hansı məsələləri müzakirə etdikləri açıqlanmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

NBC: Tramp Kremlin etirazlarına görə Ukrayna üzrə baş danışıqçısını müzakirələrdən uzaqlaşdırıb

C Mar 14 , 2025
ABŞ prezidentinin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq Moskvanın onu iştirakçılar arasında görmək istəməməsini bildirdikdən sonra müharibənin dayandırılması ilə bağlı yüksəksəviyyəli danışıqlardan uzaqlaşdırılıb. “Eqazet.online” xəbər verir ki, bu barədə “NBC News” Amerika administrasiyasının nümayəndəsinə və yüksəkvəzifəli Rusiya rəsmisinə istinadən bildirib. Mənbələrin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin Kelloqu həddindən artıq “ukraynayönümlü” hesab edib […]

Bəyənə bilərsən