Sloveniya XİN başçısı: Ümid edirik ki, Qafqazda sabitliyin yeni çağının başlanğıcı qeyd olunacaq

Sloveniyanın baş nazir müavini və xarici işlər naziri Tanya Fayon Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzrə razılığa gəlməsini alqışlayıb.

“Eqazet.online” xəbər verir ki, bu barədə XİN başçısı sosial şəbəkədə paylaşım edib.

“Ermənistan və Azərbaycanın sülh sazişi [layihəsinin mətni] üzrə danışıqların yekunlaşması ilə bağlı bəyanatını ürəkdən alqışlayırıq. Ümid edirik ki, imza tezliklə atılacaq və beləliklə, Cənubi Qafqazda sülh və sabitliyin yeni çağının başlanğıcı qeyd olunacaq”, – ölkənin baş diplomatı bildirib.

Xatırladaq ki, daha əvvəl Fransa Prezidenti Emmanuel Makron, Estoniyanın, Latviyanın XİN başçıları Marqus Sahkna və Bayba Braje, habelə Avstriyanın xarici siyasət idarəsi Bakı və İrəvan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasını alqışlamışdılar.

Bundan başqa, ABŞ-nin respublikaçı konqresmeni Co Vilson tərəfləri prosesin başa çatması ilə əlaqədar Prezident Donald Trampın şüarı ilə dəstəkləmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Təqsirləndirilən şəxs: “Bütün təhlükəsizlik məsələləri Ermənistan rəhbərliyi ilə birgə həll edilirdi"

C Mar 14 , 2025
Eqazet.online Teleqrafa istinadən xəbər verir ki, bu barədə martın 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan bildirib. O, qondarma rejimin “müdafiə naziri” və “ordunun baş komandanı” “vəzifə”lərinə təyinatın Ermənistanın hərbi-siyasi rəhbərliyi ilə razılşadırıldığını, general-mayor rütbəsindən yuxarı rütbələrin Ermənistanda verildiyini də etiraf edib və bildirib. A.Qukasyan […]

Bəyənə bilərsən