USAID işçilərinə gizli sənədləri yox etmək tapşırığı verildi  

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) işçilərinə rəhbərlik tərəfindən göndərilən məktubda, gizli sənədləri mümkün qədər tez bir zamanda məhv etmələri tapşırılıb.

“Əvvəlcə mümkün qədər çox sənədi məhv edin, sonra isə əgər sənəd parçalayıcı nasaz olarsa və ya fasiləyə ehtiyac duyarsa, sənədləri yandırın”, — məktubda qeyd edilib.

Eqazet.online xəbər verir ki, bu tapşırıq, USAID-in icraçı katibi Erika Carr tərəfindən göndərilib və məktubun surəti “The New York Times” qəzetinin əlindədir.

NYT-nin yazdığına görə, məhv edilən sənədlər, Tramp administrasiyasına və USAID-ə qarşı açılmış bir neçə məhkəmə işinə aid ola bilər.

Bu işlər kütləvi işdən çıxarmalar, işçilərin birdən-birə köçürülməsi, agentliyin sürətli bağlanması və xarici yardımların demək olar ki, hamısının dondurulması ilə əlaqəlidir.

Dövlət qulluqçularının sənədləri məhv etməzdən əvvəl Milli Arxivlər və Sənəd İdarəsindən icazə alması qanunla tələb olunur./musavat

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

HHQ-nin helikopterləri şərti hava kəşfiyyatı aparıblar

Ç Mar 12 , 2025
2025-ci ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları keçirilib.Uçuş heyətlərindən hazırlıq barədə məruzələr qəbul edildikdən sonra pilotların təlim uçuşunun şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb. Bu barədə “Eqazet.online”a Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, daha sonra pilotlar helikopterlərə nəzarət baxışı keçiriblər. Bazalanma […]

Bəyənə bilərsən