TƏCİLİ! Rusiya vurdu: NATO hərəkətə keçdi – Putini qəzəbləndirən HƏMLƏ

Rusiya ordusunun Ukraynaya hücumları NATO-nun hərəkətə keçməsinə səbəb olub.

Eqazet.online musavat-a xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın enerji obyektlərinə zərbələr endirdiyini bildirib.

“Rusiya Federasiyası Silahlı Qüvvələri quru, hava və dəniz qüvvələrinə aid uzaqmənzilli raketlər və pilotsuz uçuş aparatları ilə qrup hücumu təşkil edərək, Ukrayna üçün fəaliyyət göstərən qaz və enerji obyektlərini vurub” – nazirliyin rəsmi açıqlamasında qeyd edilib

Ukraynada elektrik enerjisi kəsilərkən NATO Rusiya lideri Putini qəzəbləndirəcək bir addım atıb. Belə ki, NATO-ya məxsus F-16 və F-35 döyüş təyyarələri Ukrayna sərhədinə yerləşdirilib. 

F-16 və F-35 döyüş təyyarələri Polşa və Baltikyanı ölkələrə göndərildikdən sonra Polşanın paytaxtı Varşavadakı Silahlı Qüvvələr Komandanlığı belə bir açıqlama verib: “Rusiya Federasiyasının Ukrayna ərazisinə hücumu səbəbindən Polşa və müttəfiq hava qüvvələri hava məkanımızda fəaliyyətə başlayıb. Silahlı Qüvvələr Əməliyyat Komandanlığı mövcud vəziyyəti izləyir və qüvvələr fövqəladə hallara cavab verməyə tam hazırdır”.

Döyüş təyyarələrinin yerləşdirilməsini idarə edən NATO komandiri bildirib ki, bütün mövcud qüvvələr və vasitələr yerləşdirilib, həmçinin təyin edilmiş döyüş təyyarələri havaya qalxıb: “Döyüş təyyarələrinin yerləşdirilməsi təhlükə altında olan ərazilərlə həmsərhəd ərazilərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır”.

Polşanın Hərbi Radar Monitorinq Mərkəzi də “raket hücumu səbəbindən Polşa-Ukrayna sərhədi yaxınlığında NATO təyyarələrinin yüksək aktivlik göstərdiyini” bildirib. Qeyd edilib ki, NATO döyüş təyyarələri Ukraynanın 831-ci taktiki aviasiya briqadasının yerləşdiyi Poltava vilayətindəki Mirhorod aviabazasının hədəflərindən biri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Müəllim 8 yaşlı şagirdi qətlə yetirdi - ŞOK CİNAYƏT

Ça Fev 11 , 2025
Eqazet.online xəbər verir ki məktəbin ikinci mərtəbəsində bıçaqlanmış vəziyyətdə tapılan şagirdin dünyasını dəyişdiyi bildirilib. Cənubi Koreyanın Daejeon şəhərində ibtidai məktəbdə baş verən hadisədə müəllim 8 yaşlı şagirdini bıçaqlayaraq öldürüb.Polis 40 yaşlı müəllimin şagirdini bıçaqladığını etiraf etdiyini açıqlayıb. Daejeon Təhsil Nazirliyi bildirib ki, müəllim dekabrın 9-da depressiyaya görə 6 aylıq məzuniyyət istəyib, […]

Bəyənə bilərsən