“Məzahir Pənahov: Seçicilər üçün səyyar seçki imkanı yaradılacaq”

Məntəqələrə müəyyən səbəblərdən gələ bilməyən şəxslər üçün səyyar seçki qutuları təşkil ediləcək.

Bunu “EQazet”in sorğusuna cavab olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, bu, Seçki Məcəlləsinin tələbidir:

“Bundan başqa, hərəkət qabiliyyəti məhdud vətəndaşlar panduslar vasitəsilə də seçki məntəqəsinə gələrək səsvermə prosesində iştirak edə biləcəklər”.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri yanvarın 29-da keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycanda universitet 17 vəzifəyə işçi axtarır - Siyahı

Şb Yan 11 , 2025
Azərbaycan Dövlət Pedaqoji Universiteti bir sıra vəzifələri işçi axtarır. EQazet.online ali təhsil müəssisəsindəki vakant yerlərin siyahısını təqdim edir: Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrası üzrə dosent – 2 ştat.Ədəbiyyat kafedrası üzrə dosent – 1 ştat.Ümumi pedaqogika kafedrası üzrə dosent – 1,5 ştat.Fəlsəfə və sosial elmlər kafedrası üzrə dosent – 1 […]

Bəyənə bilərsən