Kənd təsərrüfatı məhsullarının ixrac gəlirlərinin ölkəyə qaytarılması gücləndirilir

Eqazet.online xəbər verir ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

Hazırkı vaxtadək Şirvan şəhər, habelə Qusar, Bərdə, Masallı, Tovuz, Siyəzən, Şəki, Şabran və Gədəbəy rayon prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 33 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 56 milyon manatdan artıq) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib.

Prokurorluq orqanları tərəfindən bu kateqoriya araşdırmalara dair, yəni müxtəlif şəxslər tərəfindən mal və məhsulların ixracı nəticəsində əldə edilən pul vəsaitlərinin ölkəmizdə müvəkkil bank hesablarına qaytarılması istiqamətində zəruri prosessual tədbirlərin icrası davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Suriya hökumətindən ŞOK ADDIM - Rus hərbi konvoyu Tartusa BURAXILMADI

Ça Fev 11 , 2025
Suriya Müdafiə Nazirliyi Rusiya hərbi karvanının Tartusdakı bazaya daxil olmasına icazə verməyib. Eqazet.online musavat-a istinadən xəbər verir ki, bu gün səhər Latakiya əyalətindəki Hmeymim aviabazasından yola düşən 30 nəqliyyat vasitəsindən ibarət avtomobil karvanı Suriyanın yeni hökumətinə sadiq əsgərlər tərəfindən Tartusdakı nəzarət-buraxılış məntəqəsində dayandırılıb. Saxlanılan konvoy təxminən səkkiz saatlıq gözləmədən sonra, yerli […]

Bəyənə bilərsən