Sabah qar yağacaq, yollar buz bağlayacaq

Azərbaycanda fevralın 10-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Eqazet.online”a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə bəzi şəhərətrafı ərazilərdə yağıntılı olacağı, sulu qar yağacağı ehtimalı var, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 1°-dək isti, gündüz 2-5° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq rayonlarda az yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 7-12° şaxta, yüksək dağlıq ərazilərdə 14-19° şaxta, gündüz 3-6° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycanda təsdiq edilmiş neft ehtiyatları 7 milyard barel qiymətləndirilir

Be Fev 10 , 2025
Azərbaycanda təsdiq edilmiş neft ehtiyatları 2025-ci il yanvarın 1-nə 7 milyard barel, qaz ehtiyatları isə 60 trilyon kubfut təşkil edir. Bu barədə Eqazet.online Report-a istinadən xəbər verir ki, ABŞ Energetika Nazirliyindən məlumat verilib. Qurumdan bildirilib ki, Azərbaycanda kondensat nəzərə alınmadan neft hasilatının pik səviyyəsi 2009-2010-cu illərdə gündəlik təxminən 1 milyon barel həcmində qeydə alınıb. “Proqnozlarımıza görə, ölkədə ümumi […]

Bəyənə bilərsən