“Almaniyanın Vitse-Kansleri: Ölkə İqtisadiyyatı 2018-dən Bəri Dayanıb”

Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlim mühafizəsi naziri, Yaşıllar Partiyasından kanslerliyə namizəd Robert Habek 2018-ci ildən ölkə iqtisadiyyatında real artım olmadığını bildirib.

EQazet xəbər verir ki, o, bu barədə “Habeck Der Spiegel” jurnalına müsahibəsində deyib.

“Biz Almaniyada 2018-ci ildən bəri real artıma malik deyilik. İqtisadiyyat hazırda dərin struktur böhranı yaşayır. Bunun kökləri uzun illərdir həll olunmayan problemlərdə – ixtisaslı kadr çatışmazlığı, həddindən artıq bürokratiyadadır. Buna əlavə olaraq irimiqyaslı geosiyasi dəyişikliklər də var”, – o bildirib.

Onun sözlərinə görə, əgər Almaniya əsaslı dəyişikliklər etməsə, dünyada indiyə kimi oynadığı rolu oynaya bilməyəcək.

Nazir ən böyük səhvlərindən biri kimi 2022-ci ilin əvvəlində genişmiqyaslı iqtisadi inkişaf proqramının hazırlanmamasını göstərib: “Araşdırmalar inflyasiyanın, qiymətlərin və faiz dərəcələrinin artdığını göstərib. Lakin bunun əvəzində hökumət yalnız kiçik addımlar atıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Conson yenidən Konqresin Nümayəndələr Palatasının sədri seçilib

Şb Yan 4 , 2025
Mayk Conson (Luiziana ştatından olan respublikaçı) səsvermənin birinci turunda ABŞ Nümayəndələr Palatasının sədri vəzifəsinə yenidən seçilib. EQazet xəbər verir ki, 52 yaşlı Conson yeni, 119-cu Konqres cümə günü işə başlayan kimi Nümayəndələr Palatasının əksər üzvlərinin (218) dəstəyini qazanıb. İlkin olaraq, səsvermənin birinci turunda Respublikaçılar Partiyasından olan Nümayəndələr Palatasının üç üzvü […]

Bəyənə bilərsən