Qətər Livana elektrik stansiyalarının işini təmin etmək üçün qaz tədarük etməyi planlaşdırır

Qətər Livan hökumətinə əhalinin elektrik enerjisi ilə təmin edilməsi probleminin həllində kömək etmək üçün ölkəyə qaz tədarük etməyi planlaşdırır.

“Eqazet.online” Qətər XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Qətərin hökumət başçısı, xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Al Tani Livan Prezidenti Cozef Aunla danışıqlar zamanı bildirib.

“Zati-aliləri Qətərin enerji daşıyıcılarının tədarükü və elektrik enerjisi istehsalı üçün qaza olan ehtiyaclarının ödənilməsi yolu ilə Livana dəstək göstərməyə sadiq qaldığını təsdiqləyib”, – XİN-in bəyanatında deyilir.

Beyrutda danışıqların yekunlarına dair mətbuat konfransında Məhəmməd bin Əbdülrəhman Al Tani deyib ki, Qətər Livanın yenidən qurulması prosesinə qatılacaq və respublikanın ordusuna dəstək göstərməyə davam edəcək.

Öz növbəsində, Aun Qətərin milli neft-qaz şirkəti “QatarEnergy”ni Fransanın “TotalEnergies” və İtaliyanın “Eni” şirkətləri ilə birlikdə böyük qaz ehtiyatlarının olduğu güman edilən Livanın müstəsna iqtisadi zonasında kəşfiyyat işlərini bərpa etməyə çağırıb. Livanda şelf bloklarında qazma işləri 2023-cü ildə Yaxın Şərqdə gərginliyin artması səbəbindən dayandırılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bu ölkədə çevrilişə görə 5 mlrd dollar xərclənib - ŞOK

Ç Fev 5 , 2025
ABŞ Beynəlxalq İnkişaf üzrə Amerika Agentliyi (USAID) vasitəsilə 2014-cü ildə Maydan hərəkatını maliyyələşdirib və hakimiyyətin devrilməsi üçün 5 milyard dollar xərcləyib. Eqazet.online Ölkə.Az-a istinadən  xəbər verir ki, bunu amerikalı siyasətçi, kiçik Robert Kennedi jurnalist Taker Karlsona müsahibəsində bildirib. Kennedinin sözlərinə görə, Viktor Yanukoviç hökuməti Qərbin tərəfinə keçməkdən imtina etdi və […]

Bəyənə bilərsən