“Azərbaycan iqtisadiyyatında 2025-2026-cı illərdə sabit yüksəliş: 3%-lik artım proqnozu!”

BMT Azərbaycanda 2025-ci ildə iqtisadi artımın 3 % səviyyəsində olacağını proqnozlaşdırır.

“EQazet” xəbər verir ki, bu proqnoz təşkilatın “2025-ci il üçün Dünya İqtisadi Vəziyyəti və Perspektivləri” (World Economic Situation and Prospects 2025) hesabatında əks olunub.

Hesabata əsasən, ölkə iqtisadiyyatı müsbət dinamika nümayiş etdirir.

“Azərbaycanda iqtisadi artım 2024-cü ildə daxili tələbatın güclənməsi və qeyri-neft sektorunun inkişafı sayəsində sürətlənib. Gözlənilir ki, Azərbaycan təbii qazına artan qlobal tələbat 2025-ci ildə ÜDM artımını dəstəkləməyə davam edəcək”, – sənəddə qeyd olunub.

BMT 2026-cı il üçün də Azərbaycanın ÜDM artımını 3 % səviyyəsində proqnozlaşdırır.

BMT-nin qiymətləndirmələrinə görə, 2024-cü ilin yekunlarına əsasən Azərbaycanın ÜDM-i 2023-cü ildəki 1,1 % artımdan sonra 4,6 % artıb.

Azərbaycan İqtisadiyyat Nazirliyi 2025-ci il üçün ÜDM artımını 3,5 %, 2026-cı il üçün isə 2,8 % səviyyəsində proqnozlaşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Dövlətə xəyanətdə ittiham olunan 6 nəfərə hökm oxundu

C Yan 10 , 2025
Dövlətə xəyanətdə ittiham olunan Hicran Əfqan oğlu Həsənov, Elməddin Natiq oğlu Ağayev, Şəmsi Ağabəy oğlu Qasımov, Nadim Nadir oğlu Mehdiyev, Ağasif Asif oğlu Ağayev və Dağıstan Yusif oğlu Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. EQazet məlumat verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə […]

Bəyənə bilərsən