XƏBƏRDARLIQ: “Yerin oxu dəyişdi: Planetimizi nə gözləyir?”

Alimlər xəbərdarlıq edirlər ki, yaxın gələcəkdə Yer planeti üçün görünməmiş iqlim anomaliyaları gözlənilir.

Eqazet.online Publika.az-a istinadən bildirir ki, mütəxəssislər ciddi şəkildə narahatdırlar, çünki vulkanlar aktivləşib, qlobal temperatur kifayət qədər yüksəlib. Bundan əlavə, alimlər artıq atmosferdə bir çox anomal hadisələri qeydə alıblar. Mütəxəssislər qeyd edirlər ki, Yerin oxunda yerdəyişmə var və bu, planetimizin nüvəsinin mövqeyinin dəyişməsinə gətirib çıxarır.

Dünya Okeanının təbii funksiyasını itirməyə başlaması və qlobal fəlakətə səbəb ola biləcəyi xüsusilə narahatedicidir. Önümüzdəki illər xüsusilə təhlükəli olacaq. Mövcud vəziyyətdən çıxış yolu kimi alimlər fəlakətin qarşısını almağı qlobal elmi potensialın birləşməsində görürlər. Mütəxəssislər onu da qeyd edirlər ki, planetimiz canlı orqanizm kimi hələ də özünü bərpa etmək potensialına malikdir və planet səviyyəsində fəlakətin qarşısını almaq olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İsrailin keçmiş baş ravvini:Holokost dövründə 55 mindən çox yəhudi Azərbaycanda sığınacaq tapıb

Ca Yan 30 , 2025
“Holokost zamanı 55 mindən çox yəhudi qırğından qaçaraq Azərbaycana sığınıb”. “Eqazet.online” reporta istinadən  xəbər verir ki, bunu İsrailin keçmiş baş Aşkenazi ravvini İsrail Meir Lau deyib. Din xadimi Strasburqda Avropa Şurası Parlament Assambleyasında Osvensim düşərgəsinin azad edilməsi ilə bağlı Beynəlxalq Holokost qurbanlarının anım günü ilə bağlı keçirilən mərasimə fəxri qonaq […]

Bəyənə bilərsən