“Hazırda pensiyaya çıxmaq üçün tələb olunan kapital 46 min manat ətrafındadır”

Eqazet.online xəbər verir ki, “Fond üçün illik indeksasiyanın maliyyə yükü 530 milyon manatdır. Bu vəsait DSMF-nin cari il üçün büdcəsində nəzərdə tutulub”.

Bu fikirləri Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov keçirdiyi brifinqdə səsləndirib.

O bildirib ki, bu rəqəm keçən il üçün əmək pensiyalarının maliyyələşməsinə sərf olunan vəsaitin təxminən 11 faiz üzərindədir:

“Yəni 795 milyon manat daha artıq vəsaitin ödənilməsi nəzərdə tutulur.

Əmək kapitallarının artırılması isə şəxsin topladığı sığorta kapitalı ilə yanaşı, onun kapitalının artımına dövlət tərəfindən də əlavə bir dəstəyi özündə ehtiva edir. Hazırda pensiyaya çıxmaq üçün tələb olunan kapital 46 min manat ətrafındadır. Həyatın yığım sığortası ilə bağlı edilən dəyişikliklər illik təxminən 30 min manat arasındadır”./banker.az

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

"Azərbaycanda KOB-lara dəstək üçün yeni təşviq mexanizmlərinin müzakirəsi"

Ca Fev 6 , 2025
Iqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Müşahidə Şurasının növbəti iclasında KOB-lar üçün yeni təşviq alətlərinin yaradılması müzakirə edilib. “Eqazet.online” bu barədə KOBİA-ya istinadən xəbər verir. Məlumata görə, müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda KOBİA-nın 2024-cü il ərzində fəaliyyətinə və 2025-ci ildə qarşıya […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x