Bu ərazidə evlər bərpa olunacaq, yeni binalar tikiləcək – Pul ayrıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti tərəfindən Zaqatala rayonunda yeni fərdi yaşayış evlərinin tikintisinə başlanılır.

“Eqazet.online” Trend-ə istinadən xəbər verir ki, həmçinin rayon ərzisində bina və fərdi yaşayış evlərinin bərpası işləri də həyata keçiriləcək.

Belə ki, artıq bununla bağlı nazirlikdə rayon ərazisində 34 ədəd fərdi yaşayış evlərinin tikintisi, 9 ədəd çoxmənzilli binanın bərpası və 1 ədəd fərdi yaşayış evinin bərpası işləri start götürüb.

Nazirlik sözügedən işlərin icrasını “FİM Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 3,9 milyon manat ödənilib.

Qeyd edək ki, rayonda bəhs olunan işlərin icrasının həvalə olunduğu “FİM Group” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Əhmədzadə Fuad Əlisoltan oğludur.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

İsrailli Əsgərlər Ailələri ilə Yenidən Birləşdi

Şb Yan 25 , 2025
Eqazet.online theguardian-a istinadən xəbər verir ki, İsrail və Fələstin arasında uzun müddətdir davam edən gərginliklər fonunda humanitar addımlar atılmağa başlanıb. İsrailin azad etdiyi 200 fələstinli məhbus Qəzza və İordan çayının qərb sahilinə göndərilib. Eyni zamanda, son qarşıdurmalar zamanı girov götürülmüş israilli əsgərlər də azad edilib və ailələri ilə yenidən görüşüblər. […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x