XİN: Eritreyada saxlanılan Azərbaycan gəmiləri ilə bağlı danışıqlar davam edir

Eritreyada saxlanılan Azərbaycan gəmiləri ilə bağlı danışıqlar davam edir.

Eqazet.online xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, 2024-cü il noyabrın 7-də “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan Azərbaycanın dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi giriş edib.

Keçid zamanı Eritreyanın liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra bu dövlətin müvafiq qurumu girişin icazəsiz olduğunu vurğulayaraq gəmiləri saxlayıb.

Gəmilərdə heyət üzvlərindən 18 nəfəri Azərbaycan, 6 nəfəri isə əcnəbi vətəndaşları olmaqla, ümumilikdə 24 nəfər olub.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov məsələ ilə sonuncu açıqlamasında bildirib ki, qarşı tərəflərlə Ankara, Moskva səfirlikləri vasitəsilə də aparılan danışılarda müsbət irəliləyişlər müşahidə olunub.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

Xakerlər 1 milyondan çox xəstənin tibbi və şəxsi məlumatlarını oğurlayıb

C Yan 31 , 2025
Eqazet.online xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən qeyri-kommersiya səhiyyə təminatçısı kibertəhlükəsizlik pozuntusu ilə bağlı məlumat yayıb. Məlumata görə, xakerlər təşkilatın məlumat bazasına qanunsuz şəkildə daxil olaraq 1 milyondan çox xəstənin tibbi və şəxsi məlumatlarını oğurlayıblar. Şirkət insidentin aşkar edildiyini və dərhal araşdırmalara başlanıldığını bildirib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x