Rubinyan: İrəvan Ankara ilə münasibətlərin normallaşmasına heç bir ilkin şərt olmadan hazırdır

Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasına tam hazırdır və İrəvanın bu məsələdə yanaşması prosesin əvvəlindən dəyişməyib.

“Eqazet.online” xəbər verir ki, bunu Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubinyan Türkiyənin NTV telekanalına müsahibəsində bildirib.

“Biz Türkiyə ilə münasibətlərin tam nizamlanmasını gözləyirik ki, bu da diplomatik münasibətlərin normallaşmasını və Ermənistanın quru sərhədinin açılmasını əhatə edir”, – o deyib.

Nizamlanma prosesindən danışan xüsusi nümayəndə bir daha vurğulayıb ki, İrəvan heç bir ilkin şərt olmadan münasibətlərin normallaşmasına hazırdır.

Onun sözlərinə görə, Ermənistan Türkiyə ilə sərhədin açılmasına, həmçinin münasibətlərin tam nizamlanmasına hazırdır və əgər Türkiyənin siyasi iradəsi olarsa, hər şey çox tez həyata keçiriləcək.

Daha sonra Rubinyan qeyd edib ki, Ermənistan sərhədin açılması məsələsində Türkiyənin addım atmasını gözləyir.

“Bu günə qədər əldə edilmiş ən vacib razılaşma üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədin açılması ilə bağlı 2022-ci il tarixli razılaşmadır”, – o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bərdədə yanğınla nəticələnən yol qəzası olub

Ç Mar 12 , 2025
Bərdədə  yanğınla nəticələnən yol qəzası olub. Bu barədə “Eqazet.online”a FHN-dən məlumat verilib. Qeyd olunub ki, “Chevrolet” markalı minik avtomobilinin idarəetməni itirərək ağaca çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib. Yanğın nəticəsində avtomobilin mühərrik hissəsində elektrik avadanlıqları qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bəyənə bilərsən