Kiyevdə seçki hazırlığı başladı – Zelenskinin ən böyük rəqibi açıqlandı

Prezident Volodimir Zelenskinin ofisi Ukraynada növbəti prezident seçkilərinə hazırlığa başlayıb.

Eqazet.online xəbər verir ki, bu barədə Strana.ua məlumat yayıb.

“Ukrayna hakimiyyəti may ayının əvvəlinə qədər atəşkəsin olacağına tam əmin deyil, baxmayaraq ki, bunu istisna da etmir. Ona görə də seçkilərə əvvəlcədən hazırlaşmalıyıq. İş artıq başlayıb”, – Zelenskinin ofisindəki mənbə sayta deyib.

KİV-in məlumatına görə, seçki tarixinin müəyyən edilməsi ilk növbədə Zelenskinin komandasının qələbəsinə inamından asılı olacaq.

Mənbənin həmsöhbəti əlavə edib ki, prezidentlik yarışında Zelenski üçün ən böyük təhlükə Silahlı Qüvvələrin keçmiş baş komandanı, Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Daxili işlər naziri Şəkidə vətəndaşları qəbul edəcək

Ça Apr 1 , 2025
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən 2025-ci il aprel ayının 8-də Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasında Şəki, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək. Bu barədə Eqazet.online xəbər verir ki, Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı […]

Bəyənə bilərsən