ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb

ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb.

“EQazet” xəbər verir ki, sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda imzalayıblar.

İmzalanma mərasimi Dövlət Departamentinin “YouTube” kanalında yayımlanıb.

Erməni mediasının məlumatına görə, sənədi yanvarın 20-də istefaya gedəcək Cozef Baydenin səlahiyyət müddəti başa çatan administrasiyası imzalayıb. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dövründə sazişin həyata keçirilməsi perspektivləri məsələsi açıq qalır.

Qeyd edək ki, İrəvan və Vaşinqton arasında ikitərəfli strateji dialoqu strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq niyyəti hələ 2024-cü ilin iyununda elan edilmişdi.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

Google Böyük Britaniyada Axtarış Dominantlığına Görə Araşdırılır: Rəqabət və İnternet Şirkətlərinin Gələcəyi Üzrə Dərin Baxış

Ç Yan 15 , 2025
Böyük Britaniya, Google-ın axtarış motoru bazarındakı dominant mövqeyini araşdırmaq məqsədilə böyük bir tədqiqat işinə başlayıb. Bu araşdırma, Google-ın öz alqoritmalarından, reklam modelindən, istifadəçi məlumatlarından necə istifadə etdiyi və bu fəaliyyətlərin bazarda digər oyunçulara, xüsusən kiçik axtarış motorlarına, necə təsir etdiyi üzərində cəmlənir. Araşdırmanın arxasında duran əsas məqsəd, rəqabət prinsiplərinin qorunub […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x