Bir çox hallarda bank qarşısında gecikmiş kredit öhdəliyi olan vətəndaşlar yeni kredit götürmək məqsədi ilə bank olmayan kredit təşkilatlarına (BOKT) üz tutur. Bunun əsas səbəbi digər bankların belə problemli müştərilərə, adətən, kredit verməməsidir. Eqazet.online xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, kredit gecikməsi olan […]

İşsiz və kiçik biznes qurmaq istəyənlər üçün yeni imkanlar yaradılıb. Eqazet.online BAKU.WS-ə istinadən xəbər verir ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi fəaliyyət sahələrinin sırasına yeni istiqamətlər əlavə olunub. Sözügedən Proqramın zərflər siyahısına “Qəssab dükanı”, “Kotançılıq”, “Özünəxidmət avtoyuma”, “Avtodəmirçi və zədələrin boyasız təmiri xidmətləri” və “Avtorazval […]

Eqazet.online xəbər verir ki, Davos Forumu çərçivəsində dərc olunan Dünya İqtisadi Forumunun “Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin 2023-2024-cü illər Təsir Hesabatı”nda Şəbəkəyə üzv olan mərkəzlərin süni intellekt, enerji keçidi, biotexnologiya və rəqəmsal iqtisadiyyat üzrə fəaliyyəti qiymətləndirilib. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin […]

Eqazet.online xəbər verir ki, 24 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “Demo Day” tədbiri təşkil olunub. “İnnovasiyalar Mərkəzi”nin “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində baş tutan tədbir Türkiyənin “Bilişim Vadisi” ilə birgə reallaşdırılan 6 aylıq inkubasiya proqramının yekunlarına, eləcə də illik […]

Hesablama Palatası Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib. “Eqazet.online” bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, “Zәngilan şәhәrindә yerlәşәn yaşayış mәhәllәsinin tikintisi işlәri obyekti” üzrә smeta sәnәdlәrinә vә müqavilәyә iş […]

Azərbaycan hökuməti əlilliyi olan şəxslərin və şəhid ailələrinin yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə mühüm sosial təşəbbüsləri davam etdirir. Bu istiqamətdə həyata keçirilən layihələr çərçivəsində ölkənin müxtəlif bölgələrində yeni mənzillərin təqdimatı planlaşdırılır. Eqazet.online ölkə.az-a istinadən  xəbər verir ki, növbəti belə təşəbbüs Salyan rayonunda reallaşdırılacaq. Burada əlilliyi olan şəxslər və şəhid ailələri üçün […]

Çoxsaylı müraciətlərinizə əsasən bildiririk ki, ölkə üzrə aylıq sosial ödənişlər, o cümlədən pensiyalar müvafiq ayın son günü ödənilməli olduğu halda müəyyən edilmiş qrafikə əsasən daha tez müddətlərdə ödənilir. Əvvəlki aylarda olduğu kimi cari və növbəti ayların pensiyaları da ay yekunlaşmadan bank kartlarına köçürüləcək. Eqazet.online xəbər verir ki, bu barədə BAKU.WS-in sorğusuna […]

Naxçıvan Dövlət Universiteti əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 15% artırılıb. Eqazet.online  xəbər verir ki, Teleqraf.com-un əldə etdiyi xəbərə görə, bu barədə müvafiq qərar imzalanıb. Qərara əsasən, ali məktəbin dekan və dekan müavinlərinin aylıq vəzifə maaşına 30%-ə qədər əlavə edilib. Kafedra müdirlərinin akademik və keyfiyyət meyarları əsasında qiymətləndirilməsinə və dərs […]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumunda (DİF) iştirakı çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrellə görüşüb. Görüş zamanı şirkətin yaşıl enerji keçidində fəal iştirakı, ölkəmizlə səmərəli əməkdaşlığı və birgə fəaliyyət istiqamətlərinin şaxələndirilməsi müzakirə edilib. İqtisadiyyat naziri həmçinin, […]

Eqazet.online xəbər verir ki, Vergi güzəşti almış layihələr kənd təsərrüfatı, aqrar biznes, fintek, “yaşıl iqtisadiyyat” və elektron ticarət sahələrində innovativ həllərdir. 2024-cü ildə 104-ü mikro və 5 kiçik sahibkarlıq subyekti olmaqla “Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) ümumilikdə 109 müraciət daxil olub. Müraciətlərə “Startapın müəyyən […]