İsrail və Azərbaycan: Dostluq Münasibətlərinin Köklü Bağlılığı və İrəliləyən Yönlər İsrail və Azərbaycan arasında qurulan strateji dostluq münasibətləri, bir çox sahələrdə möhkəm təməl üzərində inkişaf etmişdir. Hər iki ölkə, coğrafi və siyasi vəziyyətlərinə baxmayaraq, bir-birinin müttəfiqi olmuş və bir çox sahədə qarşılıqlı maraqlarını ön planda tutaraq əlaqələrini davam etdirmişdir. Bu […]

Metapnevmovirusun əsas əlamətləri öskürək, burun tutulması, nəfəs darlığı və temperaturun yüksək olmasıdır. Mütəxəssislər bildirirlər ki, bu infeksiyaya əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yoluxurlar. Ümumiyyətlə, metapnevmovirus nədir, virusdan necə qoruna bilərik? EQazet.online-ın məlumatına görə, İnfeksionist Vasif Əliyev Baku TV-yə açıqlamasında bildirib ki, bu virus da digərləri kimi […]

Məntəqələrə müəyyən səbəblərdən gələ bilməyən şəxslər üçün səyyar seçki qutuları təşkil ediləcək. Bunu “EQazet”in sorğusuna cavab olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, bu, Seçki Məcəlləsinin tələbidir: “Bundan başqa, hərəkət qabiliyyəti məhdud vətəndaşlar panduslar vasitəsilə də seçki məntəqəsinə gələrək səsvermə prosesində iştirak edə biləcəklər”. Qeyd edək […]

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları təsdiqlənib. Eqazet.online xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərə vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 […]

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi may-iyun aylarında keçiriləcək. “EQazet” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Qeyd edilib ki, bu imtahanlarda iştirak etmək üçün qeydiyyat isə aprel-may aylarında aparılacaq. Vurğulanıb ki, I, II, III və IV ixtisas qrupları üzrə […]

Dövlətə xəyanətdə ittiham olunan Hicran Əfqan oğlu Həsənov, Elməddin Natiq oğlu Ağayev, Şəmsi Ağabəy oğlu Qasımov, Nadim Nadir oğlu Mehdiyev, Ağasif Asif oğlu Ağayev və Dağıstan Yusif oğlu Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. EQazet məlumat verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə […]

BMT Azərbaycanda 2025-ci ildə iqtisadi artımın 3 % səviyyəsində olacağını proqnozlaşdırır. “EQazet” xəbər verir ki, bu proqnoz təşkilatın “2025-ci il üçün Dünya İqtisadi Vəziyyəti və Perspektivləri” (World Economic Situation and Prospects 2025) hesabatında əks olunub. Hesabata əsasən, ölkə iqtisadiyyatı müsbət dinamika nümayiş etdirir. “Azərbaycanda iqtisadi artım 2024-cü ildə daxili tələbatın güclənməsi […]

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov yanvar ayının 7-də və 8-də İsmayıllı Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.Nazir əvvəlcə İsmayıllı rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad […]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib. “Eqazet.online” müsahibəni təqdim edir. Azərbaycan Televiziyasından Vüsal Mətləb: Xoş gördük, cənab Prezident. Əvvəlcə, icazənizlə, artıq ənənəyə çevrilmiş bu müsahibə formatına görə Sizə təşəkkür etmək istəyirik. Çünki bu, bizə ictimaiyyəti maraqlandıran məsələlərlə bağlı Sizin fikirlərinizi ətraflı şəkildə öyrənmək imkanı yaradır. […]

Biz son vaxtlar bir neçə metro stansiyasını istifadəyə verdik. Amma bu, kifayət deyil və mənim göstərişimlə 10 yeni metro stansiyası inşa ediləcək. “EQazet” xəbər verir ki, bunları Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib. Dövlət başçısı, eyni zamanda, qeyd edib ki, bununla bərabər, Bakı şəhərində yeni yol infrastruktur […]