Dövlətə xəyanətdə ittiham olunan 6 nəfərə hökm oxundu

Dövlətə xəyanətdə ittiham olunan Hicran Əfqan oğlu Həsənov, Elməddin Natiq oğlu Ağayev, Şəmsi Ağabəy oğlu Qasımov, Nadim Nadir oğlu Mehdiyev, Ağasif Asif oğlu Ağayev və Dağıstan Yusif oğlu Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

EQazet məlumat verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Hicran Həsənov 18 il, Nadim Mehdiyev 16, 5 il, Şəmsi Qasımov 15 il, Dağıstan Hüseynov 9 il, Elməddin Ağayev 7 il və Ağasif Ağayev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə onlara Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan olunub.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlanıb

C Yan 10 , 2025
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi may-iyun aylarında keçiriləcək. “EQazet” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Qeyd edilib ki, bu imtahanlarda iştirak etmək üçün qeydiyyat isə aprel-may aylarında aparılacaq. Vurğulanıb ki, I, II, III və IV ixtisas qrupları üzrə […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x