KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək

Türkiyə və İsrail nümayəndələri mayın 8-də Bakıda qeyri-rəsmi danışıqlar aparmaq üçün görüşəcəklər.

“Eqazet.online” İsrailin “Kan 11” telekanalına istinadən xəbər verir ki, görüş Azərbaycanın vasitəçiliyi ilə təşkil olunub və Türkiyənin Suriyada artan fəallığı və iki ölkə arasında birbaşa hərbi toqquşma təhlükəsi ilə bağlı gərginliyin azaldılmasına yönəlib.

Mənbələrin məlumatına görə, İsrail təhlükəsizlik sahəsində iki əsas tələbi səsləndirmək niyyətindədir: öz sərhədləri yaxınlığında qarşı tərəfin silahlı birləşmələrin mövcudluğunun istisna edilməsi, həmçinin İsrailin milli təhlükəsizliyinə təhdid yarada biləcək strateji silah növlərinin Suriyada yerləşdirilməsinə yol verilməməsi.

Təcili məsləhətləşmələrə ehtiyac İsrail və Türkiyə hərbi hava qüvvələri arasında Suriya hava məkanında birbaşa təmasın ilk qeydə alınmış hadisəsindən sonra yaranıb. Məlumatlara görə, cümə axşamından şənbəyə keçən gecə Türkiyənin F-16 qırıcıları İsrail aviasiyasının bir sıra hədəflərə, o cümlədən ehtimal ki, Türkiyə ilə əlaqəli obyektlərə kütləvi zərbələr endirdiyi zaman Suriya səmasına daxil olub.

Qeyd olunub ki, türk pilotları radioelektron mübarizə və rabitə sistemləri vasitəsilə İsrail HHQ-sinə “xəbərdarlıq siqnalları” ötürərək əməliyyat zonasında öz mövcudluqlarını bildiriblər.

Gözlənilir ki, Bakıda keçiriləcək danışıqlar regionun iki əsas ölkəsi arasında gərginliyin azaldılması və münaqişələrin qarşısının alınması mexanizmlərinin formalaşdırılması istiqamətində mühüm addım olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Qusar rayonunda zəlzələ olub

Ca May 8 , 2025
Qusar rayonunda 3,4 maqnitudalı zəlzələ olub Bu barədə “Eqazet.online” AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. “Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Qusar stansiyasından 4 km cənubda, Qusar rayonunda zəlzələ qeydə alınıb”, – Mərkəz diqqətə çatdırıb. Bildirilib ki, yerli vaxtla 00:07-də qeydə alınmış zəlzələnin ocağı 8 km dərinlikdə olub.

Bəyənə bilərsən