İran ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

İranın ali dini lideri Ayətullah Əli Xamenei ölkənin Silahlı Qüvvələrinin tam döyüş hazırlığına gətirilməsinə göstəriş verib.

“Eqazet.online” “Reuters” agantliyinə istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan yüksək rütbəli İran rəsmisi bildirib.

Qeyd olunub ki, qərar ABŞ-dən gələn təhdidlər fonunda qəbul edilib.

Xatırladaq ki, aprelin 2-də İran hakimiyyəti hava məkanını bağlamaq və Silahlı Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirmək qərarına gəlib. Müvafiq qərarlar ABŞ-nin təhdidləri və həm İsrail, həm də ABŞ qüvvələrinin regionda fəallığının artması ilə bağlı qəbul edilib.

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə birbaşa danışıqları mənasız hesab etdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Siyasi Skandal: Türkiyədə Müxalifət Liderinin Həbsi Gərginliyi Artırdı

Bz Apr 6 , 2025
Eqazet..online reuters agentliyinə istinadən xəbər verir ki, Türkiyədə siyasi gərginlik pik həddə çatıb. Prezident Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi sayılan tanınmış müxalifət siyasətçisinin qəfil həbsi ölkədə böyük rezonansa səbəb olub. Hökumətin bu addımı ictimaiyyət və müxalifət düşərgəsi tərəfindən “siyasi intiqam” kimi qiymətləndirilir. Əsas müxalifət partiyası bu qərara qarşı dərhal reaksiya […]

Bəyənə bilərsən