Paşinyan: Ermənistan hakimiyyəti yeni konstitusiya layihəsini təklif etməyə hazırlaşır

“Ermənistan hakimiyyəti regional əhəmiyyət daşıyacaq yeni konstitusiya layihəsini təklif etməyə hazırlaşır”.

“Eqazet.online” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bir qrup vətəndaşla görüşündə deyib.

“Yeni konstitusiya üçün təklif etdiyim tezis geniş müzakirə olunub və Azərbaycanın irəli sürdüyü tələbin yerinə yetirilməsi kimi təqdim edilib. Reallıqda isə “Real Ermənistan” ideologiyası çərçivəsində başqa məna daşıyır. Baxmayaraq ki, bu şəraitdə mövcud ola biləcək mətnin özlüyündə regional əhəmiyyət daşıyacağını inkar etmək mümkün deyil”, – deyə o vurğulayıb.

Qeyd edək ki, bu qanunvericilik aktında Azərbaycana qarşı ərazi iddiaları olduğu üçün Bakı dəfələrlə Ermənistan konstitusiyasına dəyişiklik edilməsinin vacibliyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ağ Ev: Uolts rusiyalı həmkarı ilə sülh danışıqları aparıb

Ca Mar 13 , 2025
ABŞ-nin milli təhlükəsizlik müşaviri Mayk Uolts Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq səyləri çərçivəsində rusiyalı həmkarı ilə telefon danışığı aparıb. “Eqazet.online” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt “Fox News” telekanalına açıqlamasında bildirib. “Prezidentin komandası Rusiya tərəfi ilə əlaqələri davam etdirir. Bu gün Milli Təhlükəsizlik […]

Bəyənə bilərsən