Dollar və ABŞ fond bazarları çökür – Tramp “hər şey yaxşı gedir” deyir

ABŞ prezidenti Donald Tramp hesab edir ki, yeni gömrük rüsumlarının tətbiqi ölkə iqtisadiyyatına 6-7 trilyon dollarlıq investisiya axınına səbəb olacaq.

Eqazet.online xarici agentliklərə istinadən xəbər verir ki, prezidentə görə, tariflər nəticəsində Amerika fond bazarında əsas kotirovkalar da gələcəkdə artım göstərəcək. 

Floridaya uçmazdan əvvəl tariflərin ABŞ fond bazarına təsirindən danışan Tramp “hesab edirəm ki, hər şey çox yaxşı gedir” deyib. O, jurnalistləri əmin edib ki, “bazarlar çiçəklənəcək. Ölkə sürətli inkişaf yaşayacaq”.

Qeyd edək ki, Trampın rüsum qərarı açıqlanandan ötən 24 saat ərzində Amerikanın texnologiya nəhəngləri 2 trilyon dollar itiriblər. Onların yanvardan bəri itkiləri 7 trilyon dolları keçib. Qərarın açıqlandığı gün ABŞ fond bazarında ticarət əsas kotirovkaların azalması başlayıb. Azalma 2,9-4,6 faiz təşkil edib. 

Həmçinin ABŞ dolları 6 valyutalı səbətə qarşı 1.3 faiz, ayrıca avroya qarşı 2.26 faiz(1 dollar = 1.11 avro) dəyərsizləşib. 

Qeyd olunur ki, dollar son iki ildən çox müddətdə ən böyük günlük itkisini yaşayıb. Makro treyderlər Trampın ticarət tərəfdaşlarına qarşı tarifləri açıqlamasının ardınca ABŞ dollarını kütləvi şəkildə satırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Aprel ayında 3 bürcün bəxti axır ki, pul sarıdan gətirəcək

C Apr 4 , 2025
Mart ayının sonu üç bürc üçün pul şansları və gözlənilməz maliyyə imkanları gətirəcək. Kosmik enerjilər elə uyğunlaşır ki, Buğa, Şir və Oğlaq maliyyə və karyera ilə bağlı müsbət dəyişikliklərin episentrində özlərini tapacaqlar. Planet aspektləri maliyyə vəziyyətinizi gücləndirməyə kömək edəcək sərfəli sövdələşmələr, sərfəli investisiyalar və hətta gözlənilməz pul hədiyyələri vəd edir. […]

Bəyənə bilərsən