Texnalogiya şirkətlərinin səhmləri kəskin ucuzlaşdı

ABŞ-da texnologiya şirkətlərinin səhmləri aprelin 3-də premarket ticarətində kəskin dəyər itirib. Prezident Donald Trampın demək olar ki, bütün ölkələrə qarşı 10%-dən 49%-ə qədər dəyişən qarşılıqlı idxal tarifləri tətbiq edəcəyini elan etməsi bazarlarda ciddi narahatlıq yaradıb.

Eqazet.online xəbər verir ki, “Apple”nin səhmləri 7,2% ucuzlaşaraq, 223,89 dollara düşüb. Axşam ticarətində isə itkilər 6%-dən çox olub. Əgər eniş aprelin 3-də əsas ticarət açılışına qədər davam edərsə, bu, 2020-ci ilin sentyabrından bəri ən böyük itki olacaq. Şirkətin gəlirlərinin böyük hissəsi Çində və bir neçə digər Asiya ölkəsində istehsal edilən cihazlardan əldə olunur. Bu da tariflərin təsirini daha da gücləndirir.
Digər texnologiya nəhənglərinin də səhmləri ucuzlaşır. Belə ki, ” Nvidia”nın səhmləri premarketdə 3,4% dəyər itirib. Şirkətin çipləri Tayvanda istehsal edildiyindən tariflərdən birbaşa təsirlənir. “Tesla”nın səhmləri premarketdə 4% enib, baxmayaraq ki, aprelin 3-də 5,3% artaraq 282,76 dollar təşkil etmişdi. “Alphabet”nin (Google) səhmləri 2,4%, Amazon — 5,3%, Meta — 3,3%, Microsoft — 2% dəyər itirib.
ABŞ-a mal tədarük edən bütün ölkələr üçün əsas idxal tarifi 10% olacaq. Digər ölkələr üçün tariflər fərqlidir:
Çin — 34%, Avropa İttifaqı — 20%, Tayvan — 32%, Yaponiya — 24%, Cənubi Koreya — 25%, Vyetnam — 46%, Kamboca — 49%. Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna və Türkmənistan üçün tarif 10%, Moldova üçün isə 31% olacaq. Rusiya, Belarus, Kuba və Şimali Koreya ABŞ-ın sanksiyaları altında olduğu üçün bu siyahıya daxil deyil və onlarla ticarət demək olar ki, mövcud deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Əmlak Məsələləri Dövlət Xidməti 76 nəqliyyat vasitəsini hərraca çıxarır

Ca Apr 3 , 2025
Eqazet.online xəbər verir ki,xidmətdən Teleqraf-a verilən məlumata görə, 22 aprel tarixində keçiriləcək hərraca 64 nəqliyyat vasitəsi, 5 texnika və 5 qoşqu çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 1983-2018-ci illəri əhatə edir. 24 aprel tarixində keçiriləcək hərraca isə 1 lot üzrə 12 nəqliyyat vasitəsi çıxarılacaq. Alman istehsalı olan avtomobillərin buraxılış tarixləri 2013-2014-cü illəri […]

Bəyənə bilərsən