Eqazet.online xəbər verir ki, Süni intellekt sahəsində lider şirkətlərdən biri olan OpenAI, son maliyyələşdirmə raundunda 40 milyard dollar sərmayə cəlb edib. Bu investisiya ilə şirkətin bazar dəyəri 300 milyard dollara yüksəlib və texnologiya sektorunda ən yüksək qiymətləndirilən şirkətlərdən birinə çevrilib.
Maliyyələşdirmə raundunda bir sıra böyük investorlar, o cümlədən texnologiya və süni intellektə maraq göstərən fondlar iştirak edib. OpenAI əldə etdiyi bu vəsaiti yeni AI modellərinin inkişafına, infrastrukturun gücləndirilməsinə və texnologiyasının qlobal bazarda daha geniş yayılmasına yönəltməyi planlaşdırır.
Analitiklər bildirirlər ki, OpenAI-nin yüksək dəyər qazanması süni intellekt sahəsində artan maraq və gələcək perspektivlərdən irəli gəlir. Şirkət, ChatGPT və digər AI texnologiyaları ilə bazarda güclü mövqeyə sahibdir və gələcəkdə daha innovativ məhsullar təqdim edəcəyini gözlənilir.
Bu sərmayə OpenAI-yə Microsoft və Google kimi nəhənglərlə rəqabətdə daha da irəliləməyə və süni intellektin inkişafını yeni mərhələyə çıxarmağa imkan verəcək.