Azərbaycan və İran XİN başçıları regional məsələləri müzakirə edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi arasında telefon danışığı baş tutub.

“Eqazet.online” xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli və regional münasibətlərindən irəli gələn məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov mövcud Azərbaycan-İran əlaqələrinin inkişafında siyasi dialoqun əhəmiyyətini vurğulayıb.

Azərbaycan və İran arasında enerji, nəqliyyat və investisiya sahələrində həyata keçirilən birgə layihələrin strateji əhəmiyyət daşıdığı qeyd edilib. Xüsusilə, İran ərazisindən keçən nəqliyyat dəhlizlərinin, eləcə də Azərbaycanın qərb regionları ilə onun Naxçıvan Muxtar Respublikasını birləşdirəcək infrastruktur layihələrinin region üçün yeni imkanlar yaratdığı diqqətə çatdırılıb.

Tərəflər, həmçinin iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin inkişafı məqsədilə hökumətlərarası iqtisadi komissiyanın rolu qeyd olunub.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Ç Mar 12 , 2025
Azərbaycanda bir neçə şəhərlərarası və paytaxtın qəsəbədaxili müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır. Bu barədə “Eqazet.online”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, AYNA sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Gəncə, Bakı-Astara, Bakı-Bərdə, Bakı-Ağcabədi, Bakı-İsmayıllı, Bakı-Kürdəmir, Bakı-Oğuz, Bakı-Naftalan, Sumqayıt-Qusar, Sumqayıt-Mingəçevir, Sumqayıt-Sınıq Körpü […]

Bəyənə bilərsən