Türkiyənin məşhur telekanalına yayım qadağası qoyuldu

Türkiyənin Radio və Televiziya Ali Şurası İstanbulun həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğluna dəstək məqsədilə keçirilən kütləvi aksiyaları işıqlandıran “Sözcü” telekanalına 10 günlük yayım qadağası tətbiq edib.

Eqazet.online Teleqraf-a istinadən xəbər verir ki, tənzimləyici orqan telekanalın bəzi şərhlərini ictimai nifrət və düşmənçiliyi qızışdırmağa çağırışlar kimi qiymətləndirib.

Bundan əlavə, “Halk TV” və “Tele 1” telekanallarına aid beş proqramın yayımına qadağa qoyulub və inzibati cərimələr tətbiq edilib. “NOW TV” və “Ak ll” telekanallarına da cərimələr kəsilib. Bu addımlar İstanbul bələdiyyə sədrinin təmsil olunduğu ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl tərəfindən sərt şəkildə pislənilib. Özəl telekanalların qadağan edilməsi qərarını demokratik normaların və senzuranın kobud pozulması kimi dəyərləndirib.

Xatırladaq ki, martın 19-dan etibarən Türkiyənin müxtəlif şəhərlərində müxalifətin İmamoğluna dəstək məqsədilə mitinqləri və nümayişləri keçirilib, ən böyükləri İstanbul, Ankara və İzmirdə baş tutub. Aksiyalar zamanı tez-tez polislə toqquşmalar baş verib. Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, mitinqlərdə asayişi pozan 1800-dən çox etirazçı saxlanılıb, 260-ı isə nəzarətə götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Özbəkistanın ümumi xarici borcu 64,1 milyard dollara çatıb

Bz Mar 30 , 2025
Özbəkistanın ümumi xarici borc dinamikasında artım müşahidə olunub, dövlət borcu 4,2 milyard ABŞ dolları, korporativ kreditlər isə 6,6 milyard dollar artıb. Eqazet.online xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Bankının açıqladığı ölkənin 2024-cü il üzrə xarici borc göstəricilərində qeyd edilib. Bildirilib ki, ötən ilin sonuna qədər hökumət və korporasiyalar tərəfindən […]

Bəyənə bilərsən