Türkiyədə iqtisadi boykotla bağlı saxlanılanlar zaminə buraxıldı

İstanbul məhkəməsi sosial şəbəkələrdə iqtisadi boykot çağırışı etdiyi üçün saxlanılan 11 nəfəri istintaqa qədər azadlığa buraxıb.

Eqazet.online TRT telekanalına istinadən xəbər verir ki, prokurorluq həbs qətimkan tədbirində israrlı olmayıb, saxlanılan şəxslərə məhkəmə nəzarəti tədbirlərinin tətbiq edilməsini istəyib.

Məhkəmə vəsatəti təmin edib və 11 nəfər girov müqabilində və ayda iki dəfə polisə müraciət etmək öhdəliyi ilə azadlığa buraxıb. Saxlanılanlar arasında tanınmış aktyor Cem İgit Üzümoğlu da var.

Qeyd edək ki, müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası və tərəfdarları hökumətin siyasətinə və İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun həbsinə etiraz olaraq iqtisadi boykot təşəbbüsü ilə çıxış ediblər.

Onlar müxalifətin hökumətyönlü hesab etdiyi, bu və ya digər dərəcədə ölkə rəhbərliyinə bağlı olan və ya ona rəğbət bəsləyən bütün şirkətlərdən mal alınmasına son qoymağa çağırırlar. Siyahıya media qurumları, pərakəndə satış mağazaları, kafe və restoranlar, avtomobil istehsalçıları da daxildir.

Hakimiyyət müxalifətin boykot təşəbbüsünü kəskin tənqid edib və bu cür hərəkətləri “iqtisadi terrorizm” adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Hikmət Hacıyevə ağır itki

Ca Apr 3 , 2025
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə ağır itki üz verib. Eqazet.online “Unikal”a istinadən məlumat verir ki, Hikmət Hacıyevin atası Fərhad Hacıyev axşam saatlarında dünyasını dəyişib. Məlumata görə, 87 yaşlı F.Hacıyev ürəktutmadan vəfat edib. Allah rəhmət eləsin!

Bəyənə bilərsən