Hikmət Hacıyev: XII Qlobal Bakı Forumu özünü qlobal problemlərin müzakirəsi üçün beynəlxalq platforma kimi təsdiqləyib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XII Qlobal Bakı Forumu uğurla başa çatıb. Qlobal Bakı Forumu özünü əsas qlobal problemlərin müzakirəsi üçün əhəmiyyətli beynəlxalq platforma kimi təsdiq edib.

“Eqazet.online” xəbər verir ki, bunları Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”dəki səhifəsində yazıb.

“Bu münasibətlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradova, o cümlədən bütün komandanı və könüllüləri ürəkdən təbrik edirəm. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Mərkəz onun humanizm fəlsəfəsini təcəssüm etdirir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə gələcək fəaliyyətlərində uğurlar arzulayıram”, – H.Hacıyev qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Məxfilik Məsələləri: Amazon Echo Səs Yazıları

Bz Mar 16 , 2025
Eqazet.online xəbər verir ki, Amazon-un ağıllı köməkçisi Echo martın 28-dən etibarən bütün səs yazılarını avtomatik olaraq bulud serverlərinə göndərəcək. Bu dəyişiklik istifadəçi təcrübəsini təkmilləşdirmək və süni intellektin daha dəqiq cavablar verməsini təmin etmək məqsədi daşıyır. Amazon nümayəndələri bildiriblər ki, bu funksiya Echo cihazlarının səs əmrlərini daha yaxşı tanımasına və fərdi […]

Bəyənə bilərsən