43 ölkədən ABŞ-yə giriş məhdudlaşdırılır – SİYAHI

  • ABŞ Prezidenti Donald Tramp 43 ölkənin vətəndaşlarının Amerikaya girişinə yeni məhdudiyyətlər tətbiq etməyi düşünür.

Eqazet.online xəbər verir ki, bu barədə “The New York Times”a ABŞ hökumətindəki müzakirələrlə tanış olan rəsmilər bildirib.

Mənbələrin məlumatına görə, vətəndaşları məhdudiyyətlərə məruz qalma riski ilə üzləşən ölkələrin siyahısını ABŞ Dövlət Departamenti təhlükəsizlik xidmətlərinin nümayəndələri ilə birlikdə hazırlayıb. Sənədə əsasən, üç kateqoriya ölkələr nəzərdə tutulur: qırmızı, narıncı və sarı. Bu markerlər ABŞ-yə girişə qoyulan məhdudiyyətlərin dərəcəsini göstərir.

“Qırmızı” kateqoriyaya daxil olan ölkələrin sakinləri bundan sonra ABŞ-yə giriş icazəsi ala bilməyəcəklər, “narıncı” kateqoriyada olanlara yeni məhdudiyyətlər tətbiq olunacaq, “sarı” kateqoriyadakılara Tramp administrasiyasının müəyyən etdiyi problemləri aradan qaldırmaq üçün 60 gün vaxt veriləcək. Şərtlər yerinə yetirilməsə, bu ölkələr “narıncı” kateqoriyaya keçəcək.

Vətəndaşlarının ABŞ-yə girişinə yeni məhdudiyyətlər qoyulacaq ölkələrin ilkin siyahısı:

“Qırmızı” – Əfqanıstan, Butan, Kuba, İran, Liviya, Şimali Koreya, Somali, Sudan, Suriya, Venesuela, Yəmən;

“Narıncı” – Belarus, Eritreya, Haiti, Laos, Myanma, Pakistan, Rusiya, Sierra Leone, Cənubi Sudan, Türkmənistan;

“Sarı” – Anqola, Antiqua və Barbuda, Benin, Burkina Faso, Kamboca, Kamerun, Kabo Verde, Çad, Konqo Respublikası, Konqo Demokratik Respublikası, Dominikan, Ekvatorial Qvineya, Qambiya, Liberiya, Malavi, Mali, Mavritaniya, Sent-Kits və Nevis, Sent-Luis, San-Tome və Prinsipi, Vanuatu və Zimbabve.

Bundan əlavə, yeni siyahıya 2021-ci ildə ABŞ qoşunlarını ölkədən çıxardıqdan sonra Talibanın nəzarətinə keçən Əfqanıstan da daxil ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Paşinyan Avropadan üz döndərir - “Putinə sədaqət andı içdi”

Şb Mar 15 , 2025
Ermənistanda qərbyönümlü isteblişment şokdadır, böyük addımlarla Avropaya doğru “irəliləyən” Nikol Paşinyan hökuməti xarici siyasət vektorunu dəyişir və növbəti dəfə Rusiyaya sədaqət andı içməyə başlayıb. Eqazet.online xəbər verir ki, bu barədə “Past” yazır. Erməni nəşri bildirir ki, Baş nazir Nikol Paşinyan dünən Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb: “Rəsmi məlumata […]

Bəyənə bilərsən