Prezident ÜST-nin Baş direktorunu qəbul edib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.

Eqazet.online xəbər verir ki, Tedros Adhanom Qebreyesus COP29-un Azərbaycanda uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı və bu konfrans çərçivəsində əldə olunmuş nəticələri yüksək qiymətləndirdiklərini dedi.

Prezident İlham Əliyev COP29-a hazırlıqla bağlı vaxtın az olmasına baxmayaraq Azərbaycan tərəfindən bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri işlərin görüldüyünü qeyd etdi.

Tedros Adhanom Qebreyesus Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına verdiyi dəstəyə və könüllü maliyyə töhfələrinə görə təşəkkürünü bildirərək, rəhbərlik etdiyi qurumun Azərbaycanla birlikdə müxtəlif ölkələrdə həyata keçirilmiş layihələrin önəminə toxundu.

Görüşdə Azərbaycanla Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlıq məsələlərinə, həmçinin BMT strukturlarının gələcək fəaliyyətinə dair fikir mübadiləsi aparıldı.

Söhbət zamanı XII Qlobal Bakı Forumunun və onun gündəliyində duran məsələlərin əhəmiyyəti vurğulandı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bu gün 5 BÜRCÜN həyatı nağıllardakı kimi olacaq

Ca Mar 13 , 2025
Tale nadir hallarda ulduzları elə düzür ki, xoşbəxtlik, şans və parlaqlıq bir bütövlükdə birləşsin. Lakin 2025-ci il martın 13-dən ən yaxşı nağıllardakı süjetə bənzəyən beş bürc üçün dövr başlayır. Onlar heyrətləndirici uğur, gözlənilməz taleyin dönüşləri və başqaları ilə bölüşməyə kömək edə bilməyəcəkləri inanılmaz şanslar yaşayacaqlar. Qoçlar elə hiss edəcəklər ki, […]

Bəyənə bilərsən