Yoluxma halları artdı – ÜST-dən təcili xəbərdarlıq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada qızılcaya yoluxma hallarının sürətlə artdığını bildirib. 2024-cü ildə yoluxma halları iki dəfə artaraq 127 min 350-yə çatıb.

Eqazet.online lent.az-a istinadən xəbər verir ki, ÜST-ün Avropa direktoru Hans Kluge qızılcanın yenidən yayılmasını təhlükə adlandırıb və yüksək peyvənd nisbətlərinin vacibliyini vurğulayıb.

Hazırda qızılcaya yoluxma hallarının yüksək olduğu ölkələrin başında Rumıniya gəlir. Ölkədə 30,692 yoluxma halı qeyd olunub.

Hadisələrin 40%-i 5 yaşdan kiçik uşaqlarda müşahidə olunub.

2023-cü ildə Avropa regionunda 500 min uşaq qızılcaya qarşı peyvənd olunmayıb. ÜST bu barədə xəbərdarlıq edib:

“Peyvəndsiz sağlamlıq təhlükəsizliyi mümkün deyil!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Çin İranla Bağlı "Zorlama Təhdidlərinə" Qarşı Çıxır – Trump Yeni Nüvə Sazişi Tələbi İlə Gündəmə Gəlir

C Mar 14 , 2025
Eqazet.online CNN-ə istinadən xəbər verir ki, Çin, ABŞ-ın və bəzi Qərb ölkələrinin İranla bağlı “zorlama təhdidləri”ni sərt şəkildə pisləyib və bu cür təzyiqlərin beynəlxalq əlaqələrə zərər verə biləcəyini vurğulayıb. Pekin, İranın suverenliyinə hörmətlə yanaşılmalı olduğunu bildirib və hər hansı bir hərbi müdaxilənin bölgədəki gərginliyi daha da artıracağını qeyd edib. Bu […]

Bəyənə bilərsən