Bakıda Azərbaycan və Albaniya prezidentlərinin görüşü olub – YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Albaniyanın Prezidenti Bayram Beqay ilə görüşüb.

Eqazet.online xəbər verir ki, ilk növbədə COP29-un Azərbaycanda uğurla keçirilməsi münasibətilə İlham Əliyevə təbriklərini çatdıran Bayram Beqay bu tədbir çərçivəsində aparılan danışıqlar prosesində ciddi nailiyyətlər əldə edildiyini və iqlim gündəliyi ilə əlaqədar vacib qərarların qəbul olunduğunu vurğuladı.

Qonaq Azərbaycan ilə Albaniya arasında siyasi əlaqələrlə yanaşı iqtisadi-ticari, enerji, turizm və digər sahələrdə də əməkdaşlığın uğurla davam etdirildiyini dedi və bu xüsusda TAP layihəsinin əhəmiyyətinə toxundu, Azərbaycanın Albaniyanın qazlaşdırılması istiqamətində həyata keçirdiyi layihədən məmnunluğunu ifadə etdi.

Azərbaycan Prezidenti təbriklərə görə təşəkkürünü bildirdi, COP29-a hazırlıq üçün ölkəmizin qısa vaxtı olmasına baxmayaraq bütün təşkilati işlərin yüksək səviyyədə həyata keçirildiyini vurğuladı. Prezident İlham Əliyev də öz növbəsində COP29-da iqlim gündəliyi ilə əlaqədar olduqca mühüm qərarların qəbul edildiyini məmnunluqla xatırladı.

İkitərəfli münasibətlərə toxunan dövlətimizin başçısı Azərbaycan ilə Albaniya arasında dostluq əlaqələrinin mövcud olduğunu vurğuladı, enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini dedi, Azərbaycanın Albaniyanın qazlaşdırılması layihəsində iştirakına toxundu.

Söhbət zamanı əməkdaşlığın perspektivləri və ikitərəfli gündəliyə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə XII Qlobal Bakı Forumunun beynəlxalq gündəlikdə duran məsələlərinin müzakirəsi baxımından əhəmiyyətinə toxunuldu. Bayram Beqay bu tədbirdə mütəmadi olaraq iştirak etməsini məmnunluqla vurğuladı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Prezident ÜST-nin Baş direktorunu qəbul edib - YENİLƏNİB

Ca Mar 13 , 2025
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib. Eqazet.online xəbər verir ki, Tedros Adhanom Qebreyesus COP29-un Azərbaycanda uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı və bu konfrans çərçivəsində əldə olunmuş nəticələri yüksək qiymətləndirdiklərini dedi. Prezident İlham Əliyev COP29-a hazırlıqla bağlı vaxtın az olmasına […]

Bəyənə bilərsən