Erməniəsilli şahid: Vardanyan yaşı 45-50-dək olan şəxslərdən ibarət muzdlu dəstələr yaradırdı

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclasında şahid ifadə verib.

“Eqazet.online” xəbər verir ki, şahid qismində ifadə verən Qarabağda yaşayan erməniəsilli şəxs 44 günlük müharibədən bir müddət sonra Ruben Vardanyanın Xankəndiyə gəldiyini bildirib və deyib: “Bilmirəm Rusiyadan gəlmişdi, ya başqa yerdən”.

O, R.Vardanyanın sponsorluq edərək Azərbaycana qarşı vuruşmaq üçün yaşı 45-50-dək olan insanlardan ibarət dəstələr yaratdığını, onları maliyyələşdirdiyini bildirib. “Çox sayda cavan insan gedib o qruplaşmalara yazılmışdı. Mənim üçün maraqlı o idi ki, dünyada tanınmış biznesmen, oliqarx Ruben Vardanyan, – mən demirəm ki, o, mənim düşmənimdir, yox, – nəyə görə öz biznesini qoyub Qarabağa gəlmişdi?”

Şahid insanların 700-2000 dollar müqabilində dəstəyə qoşularaq hərbi təlimlərə cəlb olunduğunu deyib.

Daha sonra şahidin DTX-də ibtidai istintaq zamanı verdiyi ifadə elan olunub. Şahid ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləyib.

Məhkəmə prosesi fasilədən sonra davam etdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Şərurun bir hissəsində işıq olmayacaq 

Ça Mar 11 , 2025
Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonunun bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq. Bu barədə “Eqazet.onlinet” muxtar respublikanın Dövlət Energetika Xidmətinə istinadən xəbər verir. Məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2024-cü il tarixli Fərmanına əsasən, Naxçıvan MR Dövlət Energetika Xidmətinin funksiyalarının “Azərenerji” və “Azərişıq” ASC-yə ötürülməsi əlaqədar elektrik yarımstansiyalarında […]

Bəyənə bilərsən