Dövlət başçısı telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb

Yaxşı olardı ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin. Bildiyimə görə, onlar İrəvana da getməyə hazırdırlar.

“EQazet” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Qərbi azərbaycanlıların oradan əsassız qovulduqlarını vurğulayan dövlətimizin başçısı əlavə edib ki, onların qayıtmaları üçün tam hüquqları vardır.

“Ermənistan özünü bu gün Avropa demokratiyası yolu ilə gedən ölkə kimi təqdim edir. Qoy onu əyani şəkildə göstərsin”, – deyən Prezident, həmçinin vurğulayıb: “Bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana, o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bakıda 10 yeni metro stansiyası inşa ediləcək

Ç Yan 8 , 2025
Biz son vaxtlar bir neçə metro stansiyasını istifadəyə verdik. Amma bu, kifayət deyil və mənim göstərişimlə 10 yeni metro stansiyası inşa ediləcək. “EQazet” xəbər verir ki, bunları Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib. Dövlət başçısı, eyni zamanda, qeyd edib ki, bununla bərabər, Bakı şəhərində yeni yol infrastruktur […]

Bəyənə bilərsən