Əhaliyə XƏBƏRDARLIQ – Bu halda qazınız kəsiləcək

“Azəriqaz” İstehsalat Birliyi qaz təchizatı ilə bağlı təhlükəsizliyi təmin etmək məqsədilə texniki müayinələrə start verib.

Eqazet.online xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, müayinələr zamanı texniki şərtlərdən kənara çıxan hallar və standartlara uyğun olmayan qaz cihazlarının istifadəsi və quraşdırılması yoxlanılır.

Texniki müayinələr abonentlərin təhlükəsizliyini təmin etmək və onları gələcəkdə dəm qazından boğulma və digər təhlükələrdən qorumaq məqsədi daşıyır.

“Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarının fəaliyyətinə şərait yaratmayan şəxslərin mənzillərinə qaz verilişi dayandırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Çılğın liderin fəlakət ssenarisi – o, dünya düzənini dağıdır

Ca Fev 13 , 2025
Dünya ictimaiyyəti, budur, 4-cü aydır ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın nə etmək, nəyə nail olmaq, ölkəsini, dünyanı hara aparmaq istədiyini doğru-düzgün kəsdirə bilmir. Eqazet.online musavat.com-a istinadən xəbər verir ki,Ötən ilin noyabr ayının əvvəlində prezident seçilən, bu ilin yanvar ayının 20-də səlahiyyətlərinin icrasına başlayan Tramp gah elə, gah belə […]

Bəyənə bilərsən