Nizami rayonunda satıcını bıçaqla hədələyib kassa aparatını ələ keçirən şəxsi polis saxlayıb

Martın 6-da axşam radələrində paytaxtın Nizami rayonunda yerləşən şərab evlərinin birində quldurluq hadisəsi qeydə alınıb. Belə ki, naməlum şəxsin həmin yerdə çalışan 21 yaşlı satıcını kəsici-deşici alətlə hədələyərək içərisində 1000 manat pul olan kassa aparatını talaması barədə polisə məlumat daxil olub.

Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı Xəyal Yusifov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Yaşıl Taksonomiya: dayanıqlı inkişaf və yaşıl keçid üzrə strateji hədəflərə doğru

Bz Mar 9 , 2025
Yaşıl taksonomiyalar nə üçün lazımdır?  Eqazet.online KOB-a istinadən xəbər verir ki, Beynəlxalq miqyasda yaşıl taksonomiyalar maliyyə sistemini “yaşıllaşdırmaq” və maliyyə resurslarını dayanıqlı iqtisadi fəaliyyətlərə yönəltmək üçün olduqca vacib vasitədir. Beynəlxalq Kapital Bazarları Assosiasiyasına (ICMA) əsasən yaşıl taksonomiyalar iqlim, ətraf mühit, sosial və ya dayanıqlı məqsədlərə töhfə verən fəaliyyətlər, aktivlər, yaxud […]

Bəyənə bilərsən